Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir iddia: "Məni boğmağa başladı..." - VİDEO

1 693
Paylaş:
Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir iddia:     "Məni boğmağa başladı..." - VİDEO

Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir. Oxu.az xəbər verir ki, həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.

Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:

“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.

Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.

Paylaş:

Ən son xəbərlər