Goranboy rayonunun Qaradağlı kənd sakinləri həbs edilib. Qaynarinfo-nun məlumatına görə, onların həbs edilməsinə səbəb qonşu evdə baş verən oğurluq hadisəsi ilə bağlı olub.
Belə ki, 2005-ci il təvəllüdlü Vüsal Zamanov və Nurlan Məmmədov qonşuluqdakı evdən oğurluq olan zaman nə baş verdiyini anlamaq üçün ora yaxınlaşıblar. Bu zaman hər iki şəxs polis tərəfindən dindirilib. Polis əməkdaşları onları sorğu-sual etməyə başlayanda isə əsəbi halda oğurluq edənin ünvanına uca səslə söyüşlər söyməyə başlayıblar.