Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yüksək sürətli yolda təhlükə yaradan sürücü məsuliyyətə cəlb olundu

1 067
Paylaş:
Yüksək sürətli yolda təhlükə yaradan sürücü məsuliyyətə cəlb olundu

Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.

Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

"Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb", - DYP-nin məlumatında qeyd edilib.

Paylaş:

Ən son xəbərlər