"Səni axtarıram" ictimai-sosial verilişinin ötən axşamki buraxılışında qalmaqal yaşanıb.
Pravda.az bizim.media-ya istinadən bildirir ki, aylardır ki, sözügedən proqramda iştirak edən Gülxanım adlı qadın aktyor Sərxan Kərəmoğlu ilə dalaşıb.
Bu anda ekspertlər Gülxanıma qarşı çıxıb. Bunu görən qadın "Bəsdirin. Yığışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi" söyləyərək, verilişdə səs tonunu qaldırıb. Bundan sonra bir neçə saniyəlik qadının mikrofonu söndürülüb.
Studiyada çaxnaşma yaradan Gülxanıma verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əsəbiləşib.