Arzuman Abdulkərimov: “Həlledici məqamlarda olduğu kimi, bu dəfə də Əli “bəy”in “zaryatkası” qurtarır...”
"Sosial şəbəkələrdə özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qurumun videokonfransından görüntülər yayılıb. Başqalarından fərqli olaraq heç təəccüblənmədim. Çünki bu tiplərin iç üzünü yaxşı bilirəm. Özlərini kimlərəsə “milli” kimi sırımağı bacarsalarda, nə qədər antimilli olduqları mənə çoxdan bəllidir. Biz deyirdik söyüş terrorunun başında bunlar durur, biz deyirdik müxalifətdaxili intriqaları bunlar qızışdırır, biz deyirdik bunların fikri nə yolla olursa olsun, ölkədə xaos yaratmaqdır, bəziləri bizi qınayırdılar. Bu da sizlərə sübut...”.
Pravda.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyası sədrinin müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov Milli Şura rəhbərliyini sərt tənqid edib: “Özünü efirlərdə müqəddəs və məsum Azərbaycan qadını kimi göstərən Gültəkin Hacıyeva sən demə, küçə jarqonunu bilən əsl “xuliqanka” imiş. Hətta biraz da qabağa gedərək məşhur serialı izlədiyinə görə “Azərbaycan xalqının canı cəhənnəmə” deməkdən belə çəkinmir. Hələ görün “Ədliyyə generalı” deyərək öydükləri, hüquq elmində hamya dərs verdiyi iddia olunan Vidadi Mirkamal nə ilə maraqlanırmış? Mafiya serialları ilə. Ay səni hüquqşunas!