BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərov Aygün Bəylərin qızını himayəsinə götürdü

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mərhum əməkdar artist Aygün Bəylərin övladı Canan Hümmətovanı himayəsinə götürüb. "Unikal"ın əldə etdiyi məlumata görə, nazir Cananın xərclərini qarşılayıb. C.Hümmətova Bakı şəhərində yerləşən 20 saylı orta məktəbdə 8-ci sinifdə təhsil alırdı. K.Heydərov bundan sonra sənətçinin qızının Avropa Azərbaycan Məktəbində oxumasını məsləhət görüb və illik təhsil haqqını da ödəyib.


Qeyd edək ki, Aygün Bəylər Kəmaləddin Heydərovun bəstələdiyi bir neçə məşhur mahnının ifaçısı olub. Bunlar “Qalanı xatirədir”, “Özün günahkarsan”, “İlahi”, “Nə Yaxşı ki, Sən Varsan” mahnılarıdır. 

 

Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.

Tarix: 20 Fevral 2024, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin