Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb. Qərar Bakı Şəhəri Səbail Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.
Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.