Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələri dəm qazından zəhərləniblər.
Hadisə fevralın 21-dən 22-ə keçən gecə Şəki şəhəri Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. Evdə kirayəçi kimi yaşayan 2006-cı il təvəllüdlü Rəvan Hətəmxan oğlu Xavəvi, 2005-ci il təvəllüdlü Kamil Qabil oğlu Məmmədli, 2005-ci il təvəllüdlü Ülvi Mirverdi oğlu Bəbirbəyli, 2003-cü il təvəllüdlü Musallif Qılman oğlu Bəşirov, 2006-cı il təvəllüdlü Emil Nuşiravan oğlu Məmmədov və 2002-ci il təvəllüdlü İmran Azadoviç Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.