Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yük maşınından 6400 dollar oğurlandı

1 204
Paylaş:
Yük maşınından 6400 dollar oğurlandı

Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.

Pravda.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər