Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda restoranda baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ

1 488
Paylaş:
Bakıda restoranda baş verən yanğın söndürüldü -       VİDEO - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

19:23

Bakıda restoranda yanğın başlayıb.

Hadisə "Hyyat Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

APA

Paylaş:

Ən son xəbərlər