Albaniya Prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadi Tiranada Milli Teatrın sökülməsi ilə bağlı keçirilən etiraz aksiyasında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Pravda.az xəbərə görə, bu barədə “Albanian Daily News” nəşri məlumat yayıb.
Bildirilib ki, bazar günü səhər şəhər sakinləri sözügedən teatrın sökülməsinə qarşı çıxaraq tikilini mühasirəyə alıblar. Etirazçılar arasında Albaniya prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub.
Etirazçıların cəhdinə baxmayaraq teatr binası dağıdılıb.