Ölkədə keçirilən növbədənkənar Prezident seçkilərindən və Nazirlər Kabinetinin təsdiqlənməsindən sonra gündəlikdəki məsələlərdən biri də struktur dəyişikliyidir.
Maraqlıdır, növbəti mərhələdə icra hakimiyyətlərinin ləğvi, nazirliklərin, başqa qurumların birləşdirilməsi və s. kimi islahatlar olacaqmı? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev andiçmə mərasimində ölkəmizdə aparılacaq islahatların daha da dərinləşəcəyi anonsunu verdiyini xatırladıb:
“Ölkə başçısı bildirdi ki, idarəetmədə yeni innovativ texnologiyaların iqtisadiyyatımıza qazandırılması, yeni kibertexnologiyaların milli maraqlarımız üçün səfərbər edilməsi və bu istiqamətdə kadrların hazırlanması prosesi həyata keçirilir.