BURADA REKLAMINIZ OLA
BİLƏR

Zirvə görüşü türk xalqlarının birliyinə, möhkəmlənməsinə, dövlətlərin xoşbəxt, qorxusuz gələcəyinə yeni yollar açacaqdır - RƏY

“Türk Dövlətləri Təşkilatı yeni güc birliyidir. Bu birliyin  formalaşdırılmasında Türkiyə və Azərbaycan müstəsna rola malikdir. Çünki bu birliyi dövrün reallıqları doğurur və müasir dünyada güc sahibi olmadan dövlətin suverenliyini qorumaq mümkün deyil. Azərbaycan bunu öz taleyində uzun illər hiss edib, gücsüz olduğu, möhkəm iqtisadiyyata, mübariz orduya, birliyə malik olmadığı üçün 20% torpağı uzun illər işğal altında qalıb, şəhər və kəndləri viran edilib. Ulu öndərimiz ölkəyə rəhbərlik etdiyi, cənab İlham Əliyevin  Prezident olduğu 20 ildə iqtisadiyyatda əsaslı dönüş yaradılıb, ordu quruculuğuna xüsusi diqqət yetirilib, ölkədə ictimai-siyasi sabitlik bərpa edilib möhkəmləndirilib, beynəlxalq aləmdə münasibətlər genişləndirilib, vətəndaş həmrəyliyi, birlik təmin edilib. Məhz bütün bunların nəticəsində Azərbaycan güclü dövlətə çevrilib və ölkə Prezidenti dünyaya haqq-ədalət diktəsini edib. Bir dövlət rəhbəri, Ali Baş Komandan kimi qələbələrimizə, uğurlarımıza yol açıb. Azərbaycanın bu uğurları, sərbəst, müstəqil siyasət yürütməsi, milli maraqları hər şeydən üstün tutması, heç kimin diktəsinə əməl etməməsi, sözsüz ki, böyük dövlətləri narahat etməli idi və belə də oldu”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Tahir Rzayev deyib. 

 

T.Rzayev bildirib ki, düşmən üzərində tarixi qələbəmizdən sonra dövlətimizə qarşı yönələn təsirlər - saxta bəyanatların verilməsi, qətnamələrin qəbul edilməsi, şantaj, böhtan xarakterli məlumatların yayılması, bir çox ölkə parlamentlərində əsassız sənədlərin hazırlanması və digər amillər bunun göstəricisidir: 

 

“Ölkəmizin rəhbəri cənab İlham Əliyev bunu yaxşı bilirdi və xalqımızı xəbərdar edərək deyirdi: “İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatı zamanı mən bunu artıq demişdim. Sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır”. Sözsüz ki, bu birlik Türkiyə ilə qardaşlığın möhkəmlənməsindən, səfərbərlik türk dövlətlərininbir məqsəd uğrunda mübarizəsindən keçir. Məhz buna görə də Türk Dövlətləri Təşkilatının formalaşdırılması, təşkilatlandırılması Türk Dünyası üçün - xalqlarımıza yönəldilən mənfur niyyətlərin qarşısının alınması üçün vacib və taleyüklü məsələdir. Bu birliyin təmin olunmasında, türk dövlətlərinin bir araya gəlməsində və birləşməsində cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin fəaliyyəti, rolu əvəzsizdir. Türk Dövlətləri Təşkilatının bir güc mərkəzinə çevrilməsinin vacibliyi hər iki dövlət rəhbərinin çıxışlarında dəfələrlə səsləndirilib, görüşlərdə, yığıncaqlarda gündəmə gətirilib və mənfur niyyətlərin aradan qaldırılmasında əvəzsiz rola malik olması bildirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 19-da Türkiyəyə rəsmi səfəri zamanı bu birliyin vacibliyini və bu günümüz üçün əhəmiyyətini əsaslı faktlarla - bəzi ölkələrin türk dövlətlərinə təsiri, çirkin məqsədləri əsasında qabartmış, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı nümunəsində türkdilli xalqları birliyə səsləyib. Bu çağırış daha da güclənmək, gücə güc qatmaq, düşmənləri sarsıtmaq, insanları birləşdirmək və xalqları xoşbəxt etmək, dövlətləri inkişaf etdirmək, bəlalardan və təsirlərdən qurtarmaq baxımından çox əhəmiyyətlidir. Cənab İlham Əliyev bu çağırışı andiçmə mərasimində daha qürurla etdi və ədalətsiz dünyada türk dövlətlərinin demokratiyaya, insan haqlarına, beynəlxalq normalara, müharibələrin və münaqişələrin qarşısının alınmasına böyük önəm verdiklərini söyləyərək deyib: “Bizim ailəmiz Türk Dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik...Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Bu bir həqiqətdir. Bu ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü deyilən çağırışları, həqiqətləri təsdiqləyir və türk xalqlarının birliyinə, möhkəmlənməsinə, dövlətlərin xoşbəxt, qorxusuz gələcəyinə yeni yollar açacaqdır”.

Tarix: 23 Fevral 2024, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin