Mərkəzi Bakın sabiq departament direktoruna yeni vəzifə verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə müşavir təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Mahmudov Elşən Mahmud oğlu bu vəzifəyə təyin edilib.
Sahil Babayev Elman Rüstəmovun kadrına vəzifə verdi - FOTO
Qeyd edək ki, Elşən Mahmudov bir neçə ay əvvəl Mərkəzi Bakın Nağd Pul Departamentinin direktoru vəzifəsindən azad edilib. O, Elmar Rüstəmovun Mərkəzi Bank sədri olduğu vaxt 15 il - 2008-ci ildən 2023-cü ilə kimi müxtəlif vəzifələrdə çalışıb, həmçinin Bankın Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsini tutub.
Elşən Mahmudov Mərkəzi Bankda çalışdığı müddət ərzində Elman Rüstəmovun adamı kimi tanınıb.