Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m və 1 ədəd soyuducu yanıb.
Bakıda binada yanğın
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.