Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramında maraqlı açıqlamalar verib.
Pravda.az-ın xəbərinə görə, veriliş boyunca bir çox məqamlara toxunan sənətçi, oğlu Hüseynin məktəbdə gördüyü münasibət haqda da danışıb.

"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil" - Röya bildirib.
Qeyd edək ki, xalq artistinin keçmiş əri Anar Cəlilovun atası Çingiz Cəlilov "Çudo Peçka " mağazalar şəbəkəsinin sahibi idi. "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub.Axşam.az