Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər bəzi sualları gündəmə gətirib.
Bəs süni mayalanma yolu ilə uşaq sahibi olan valideynlər boşanma qərarı verərsə, ana övladının bioloji atası olmayan kişidən aliment tələb edə bilərmi?
Hüquqşünas Akif Əlizadə məsələ ilə bağlı bildirib ki, qanunvericiliyə görə, süni mayalanma ilə doğulan uşağın doğum şəhadətnaməsində ata kimi qeyd olunan şəxs aliment ödəməlidir.