Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Hətəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.