BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək

Xocalı soyqırımının ildönümü ilə əlaqədar müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.


Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinsən məlumat verilib.


Bildirilib ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Tarix: 25 Fevral 2024, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin