BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı cinayətdir.

 

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında qeyd edib.

 

Bildirilib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdi. 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 azərbaycanlı qətlə yetirildi. Daha 1000 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb.

 

Qeyd olunub ki, bugünədək Xocalıdan 150 nəfər itkin düşüb.

 

"Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.

 

Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövləti özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib. Bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Amma bizim ən böyük təsəllimiz odur ki, Xocalıdan sağ çıxanlar, hər bir Azərbaycan vətəndaşı artıq azad edilmiş Xocalıya, bütün Qarabağa və Şərqi Zəngəzuru azad, ləyaqət və qürurla ziyarət edir", - deyə paylaşımda vurğulanıb.

Tarix: 25 Fevral 2024, 23:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin