Suraxanı rayonu, Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfalt çəkilib. Bu mənzərəni özündə əks etdirən şəkillər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.
İcra hakimiyyəti ağacların diblərini asfaltladı - FOTO
Qurumun rəsmi məlumatında qeyd olunub ki, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.