BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat mülklərini satışa çıxardı FOTOFAKT

Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev mülklərini satışa çıxarıb.

 

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

 

 

C. Həsənli bildirib ki, deputat Sabir Hacıyev Gənclik metrosu yaxınlığında Milyonerlər məhəlləsi adlandırılan ərazidəki 5 sot torpaq sahəsini 1.4 milyon manata satışa çıxarıb: “Torpaq sahəsi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub. Deputatın oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib”.

Fotoları təqdim edirik
Tarix: 5 Noyabr 2019, 21:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin