Son günlər Azərbaycan məktəblərində baş verən qanunsuzluqları əks etdirən video və audio yazıların ard-arda ictimailəşdirilməsi diqqəti yenidən təhsil sektoruna yönəldib. Son bir həftədə təxminən 4-5 analoji görüntünün üzə çıxması bütövlükdə ölkənin orta ümumtəhsil məktəblərində vəziyyətin acınacaqlı olduğunu göstərir. “Yeni Sabah” bu məsələ ilə bağlı ilginc faktlar əldə edib. Məlumatlı şəxslərdən biri saytımıza deyib ki, Azərbaycan məktəblərində baş vermiş özbaşınalıqları əks etdirən videogörüntülər bir-birdən ortaya çıxmayıb. Onun sözlərinə görə, hadisə xüsusi ictimai əhəmiyyət kəsb etsə də, əslində, məsələnin mahiyyətində siyasi motivlər dayanır. Mənbənin dediyinə görə, məlum videogörüntülərin ortaya çıxması hakimiyyətdaxili mübarizənin nəticəsidir və məqsəd Elm və Təhsil Nazirliyinin mövcud rəhbərliyini cəmiyyət arasında nüfuzdan salmaq və onların mövqelərini zəiflətməkdir.
Məlumatlı şəxs fikrini əsaslandırmaq üçün diqqəti məlum videogörüntülərin çəkildiyi tarixə yönəldib. Bildirib ki, bütövlükdə ölkə təhsilindəki acınacaqlı vəziyyəti əks etdirən sözügedən görüntülərin çoxu əvvəlki dövrə aiddir: