Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.
Axşam.az xəbər verir ki, səhər yeməyi orqanizmi “işə salır”, ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda bir fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemirlər.
Səhər yeməyinin beş faydasını təqdim edirik:
Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.
İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir - insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.
Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.
Amerikalı mütəxəssislər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirlərinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.