BURADA REKLAMINIZ OLA
BİLƏR

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Prezident İlham Əliyevi təbrik etdi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Prezident İlham Əliyevi təbrik edib.

 

Pravda.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Cənab Prezident.

 

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

 

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əməkdaşlıq çox yüksək qiymətləndirilir. Mən fürsətdən istifadə edərək, Ali Komissarlığın regionda köçkünlərlə bağlı məsələlərin həllində Azərbaycan Hökumətinin səylərini dəstəkləməkdə davam edəcəyini bildirirəm.

 

Eyni zamanda, yeni prezidentliyiniz dönəmində də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

 

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin".

Tarix: 27 Fevral 2024, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin