İmişlidə qanunsuz olaraq ov edən şəxs müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini E.Hacıyev saxlanılıb.
Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.