Sumqayıtda avtomobildən pul kisəsi oğurlanıb.
Baku.ws xəbər verir ki, hadisə fevralın 27-si gecə saat 3 radələrində, şəhərin Kotec qəsəbəsi adlanan ərazisində, ev 26 ünvanında qeydə alınıb.
Naməlum şəxs avtomobilin ön şüşəsini qıraraq içəridə olan pul kisəsini götürüb və oradan uzaqlaşıb. Baş verənlər ərazidəki təhlükəsizlik kamerasına anbaan əks olunub.