Məşhur “7-17” Musiqi Müsabiqəsindən sonra populyarlaşan İzzət Bağırov fəxri ad almasa da iştirak etdiyi əksər verilişlərdə, yaxud açıqlama, müsahibə verdiyi bəzi saytlarda Əməkdar artist kimi ictimaiyyətə təqdim olunur.
Qəribədir ki, 1995-ci ildən səhnələrdə “külüng vuran” müğənninin bu cür təqdim olunması, fəxri ad alıb-almadığının yoxlanılması heç kimin diqqətini çəkməyib. Müğənninin özü də bu barədə indiyə qədər heç kimə məlumat verməyib, onu Əməkdar artist kimi təqdim edənlərə etirazını bildirməyib. Medianews.az məsələni araşdırmaq üçün Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Yalnız üç gündən sonra adıçəkilən dövlət qurumundan sorğuya cavab olaraq bildirilib ki, bu sualla bağlı Prezident Adminstrasiyasının mədəniyyət şöbəsi açıqlama verə bilər.