“4-7-8” adlı nəfəs məşqləri sinir sistemini sakitləşdirməyə, narahatlığı azaltmağa və tez yuxuya getməyə kömək edir.
Bu barədə britaniyalı qastroenteroloq Surab Sethi tez yuxuya getməyin sadə və təsirli üsulundan danışarkən bildirib.
Onun sözlərinə müntəzəm edildiyi təqdirdə, yuxusuzluqdan tamamilə qurtulmaq mümkündür.
“Dörd saniyəyə dərindən nəfəs alın, sonra nəfəsinizi tutun və yeddiyə qədər saymağa davam edin, ardınca səkkizə qədər sayaraq nəfəsinizi verin”, - deyə mütəxəssis texnikanı təsvir edib.