Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, kənd sakini F.H.-nın 12 yox, 16 yaşı var. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonuna babasının yanındadır.
Digər əldə etdiyimiz məlumata görə, F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər.