Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Tofiq Həsənov məhkəməyə videokonfrans vasitəsilə qatılıb.
İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. Məhkəmədə şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb.
Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.