“Rusiyanın strateji nüvə qüvvələri istifadəyə tam hazır vəziyyətdədir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti zamanı deyib.
Rusiya lideri qeyd edib ki, silahlanma sahəsində planlaşdırılan məsələlərin demək olar ki, hamısı həllini tapıb: “2018-ci ildə səsləndirdiyim müraciət zamanı bəhs etdiyim silahlanma sahəsində planlaşdırdıqlarımızın hamısı yerinə yetirilib və ya bir hissəsi tamamlanmaq üzrədir. Beləliklə, hipersəs aviasiya kompleksi “Kinjal” nəinki istifadəyə verilib, həm də havadan zərbə endirilən zaman xüsusilə vacib hədəfləri məhv etmək üçün yüksək səmərəliliklə istifadə olunur.
2018-ci ildə ünvanlanan müraciətimdə yer almayan “Zirkon” hipersəs zərbə kompleksi artıq döyüşlərdə də istifadə olunub və bu sistem artıq işləyir”.