Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda yanan evdən meyiti tapılan kişi evi qəsdən yandırıb - YENİLƏNDİ

1 674
Paylaş:
Bakıda yanan evdən meyiti tapılan kişi evi qəsdən yandırıb -   YENİLƏNDİ

Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatları məlum olub.

Hadisə qəsdən törədilib.

Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Əkbərov Eyvaz Həsən oğlu yaşadığı evi yandırıb.

Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.

Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.

APA

***

15:43

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

 FHN-dən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:

Ən son xəbərlər