Müğənni Aydın Sani və keçmiş duet ortağı Türkan Vəlizadə arasında qalmaqal yaşanıb. Pravda.az bizim media-ya istinadla xəbər verir ki, tərəflər arasında yaşanan söz-söhbətin detalları "Rəngarəng səhər" verilişində üzə çıxıb.
Türkan aylar əvvəl Aydının "Mən heç zaman Türkanla duet oxumaram" sözlərinə reaksiya verib.
"Mənimlə Aydin ikinci duet oxumaq istəyirdi. Amma mən buna şəxsən özüm razı olmadım. Bu duetin olmasını istəmədim. Çünki mənim Pərviz Bülbülə ilə duetim vardı. Amma ona demədim ki, səninlə ümumiyyətlə duet oxumaram. Mən çox heyifslənirəm ki, Aydin efir vasitəsi ilə belə sözlər deyib. İnanıram ki, gün gələcək, Aydın o dediyi sözlərə görə içində vicdan əzabı çəkəcək.
Bəlkə də fikirləşəcək ki, kaş ki, bunu deməzdim. Mən kişilərin xanımları incitməsinə çox pis baxıram. Bu, sevgiliyə də, həyat yoldaşına da, iş sahəsinə də aiddir. Aydın onu bilməyərəkdən ağzından çıxarıb deyib və geri dönüşü olmayıb. Deyirəm ki, Aydın, sənin xətrini çox istəyirəm və sən hələ də mənim dostumsan.
Dost arasında söhbətlər olur. Bu söhbətlər keçib getdi. Mən bu söhbətləri “boş vermişəm”. Mənim əlimdən tutan və dəstək olan, tamaşaçılara və efirlərə gözəl şəkildə təqdim edən Pərviz Bülbülə olub. Aydınla sənət dostluğum ola bilər. Mən Pərviz kimi bir dostu və insanı heç zaman itirmək istəmərəm. Qalan hər kəsi isə itirə bilərəm. Mənim üçün sənət dostlarımı itirməyin heç bir önəmi yoxdur.