"Həmin xanım 180 min dollara (250 min manat) mənə Almaniyadan maşın sifariş etdi. Allaha and olsun dedim, dünya dağılsa da mümkün deyil". Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Rəngarəng səhər" proqramında deyib. İfaçı rəfiqəsinin ona hədiyyə etmək istədiyi 250 min manatlıq avtomobildən danışıb:
"Hədiyyənin 250 minini özüm ödədim" - VİDEO
"Maşın Bakıya gəldi. Rəfiqəmə sual verdim ki, niyə etdin? Cavab verdi ki, istəyirəm sən həmin maşından sürəsən. Maşını aldım, sürdüm. Amma pulunu özüm ödədim".
Z.İbadova həmin rəfiqəsinin müğənni Şəbnəm Tovuzluya avtomobil bağışlaması haqda "Şəbnəmə bahalı maşın almayıb. 30 min qiyməti var. Hədiyyənin ucuzu, bahası yoxdur" sözlərini söyləyib.