Sülh Bakı ilə İrəvan arasındadır, Paris, Brüssel və ya digər yerlərə bağlı deyil. İki ölkə (Azərbaycanla Ermənistan-red.) bir araya gəlib sülh müqaviləsini imzalamalıdır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.