Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində hərəkət tam bərpa olunub.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, saat 18:00-da texniki cəhətdən nasaz olan qatar xətdən çıxarılıb, “Xocəsən” stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.
***
16:43
Bakı metrosunun "Xocəsən" stansiyasından "Avtovağzal" stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.
“Bakı Metropoliteni”nin yaydığı məlumata görə, bu səbəbdən sərnişinlərin "Xocəsən" elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb.
Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər "Xocəsən" stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.
Bakı Metropoliteni” "Xocəsən" stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş edir ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər: “Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur. Qatarların "Xocəsən" stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.