Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsindən azad olunub. Naxçıvan MR mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əli oğlu Əliyevin işdən azad olunması barədə əmr verib.
Mübariz Əliyev işdən çıxarıldı
Digər əmrə əsasən, Mübariz Əliyev Şahbuz rayon Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.
Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq Şöbənin məsləhətçisi Səfərov Elvin Eldəniz oğluna həvalə edilib.