“Bakı Metropoliteni” QSC müğənni Cəlal Abbasov ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Cəlal Abbasov ilə 8 min manat dəyərində müqavilə imzalayıb.
Açqlanan rəsmi məlumatda qeyd olunur ki, “Bakı Metropoliteni” QSC fəaliyyətinin 10 illik yubileyi münasibətilə musiqili-bədii tədbirin təşkil olunması xidmətinin “Bir mənbədən” üsulu ilə satınalınmasına dair ƏDV-siz 8000.00 manat (səkkiz min manat, 00 qəpik) dəyərində fiziki şəxs Abbasov Cəlal Ənvər oğlu ilə müvafiq satınalma müqaviləsi imzalayıb.
Eyni zamanda qeyd olunur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Cəlal Abbasov
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.