1 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüş keçirib.
XİN-dən bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin gündəliyinin zənginləşməsində və mövcud dostluq əlaqələrinin dərinləşməsində mühüm rol oynadığı barədə həmfikirlik ifadə olunub.