Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz Əhmədova onun haqqında danışıb. Lent.az-ın xəbərinə görə, qadın Rəhman Rəhmanovun onlara baxmadığını, xəyanət etdiyini söyləyib.
“Xəstə idim, evdə dörd uşaq ac, Rəhman isə evə gəlmirdi, bir gün onu qovdum. Mənə xəbər çatmışdı ki, Rəhman başqa qadının yanına gedir. O gedən getdi, bir də evə qayıtmadı. Amma mən onunla da, o xanımla da münasibətləri yaxşı saxlamağa çalışırdım, çünki ortada uşaqlar var idi. Rəhmanın üstündə o qadının hökmü var idi”, - deyən Ulduz xanım böyük oğlunun uşaqkən ölməsindən də danışıb.