Elektrik avadanlığından istifadə ilə qanunsuz balıq ovlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin və 2 saylı Regional Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Kür çayının Qazax rayon 1-cı Şıxlı kəndindən keçən hissəsində qeyri-qanuni balıq ovu ilə məşğul A. Məmmədkərimov saxlanılıb.