Azərbaycanda Qurani-Kərim-in əlyazma kitabları satışa çıxarılıb. Lent.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.
Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitablarda qədimi möhür və tarixləri sürmə ilə əks olunub.