Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.