Bu gün Lerik rayonunun ziyalısı, uzun müddət Lerik Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Təhməz Əliyev vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Təhməz Ağarza oğlu Əliyev 1946-cı ildə Lerik rayonunun Molalan kəndində anadan olub. BDU-nun filologiya fakültəsini, Lənkəran Pedaqoji Məktəbini və Partiya Məktəbini bitirib.