Etibarnamə ilə avtomobil satan şəxs ödənilməyən cərimələrə görə sürücülük vəsiqəsini dəyişə bilmir. Xezerxeber.az-ın məlumatına görə, belə bir problemlə Masallının Qızılağac kənd sakini Rafiq Həsənov üzləşib. O deyir ki, özünə məxsus 44-CF-825 dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ildə etibarnamə ilə Masallının Boradigah qəsəbəsində yaşayan bir nəfərə satıb.
Onun sözlərinə görə, yaşı ilə əlaqəli bu ilin yanvar ayında sürücülük vəsiqəsini dəyişdirmək istəyib.
Masallı “ASAN xidmət” mərkəzindən bildirilib ki, onun adına olan avtomobilin 80 manat cəriməsi var. Sürücülük vəsiqəsini yalnız bu cəriməni ödədikdən sonra dəyişdirə bilər.