“Keçmiş yoldaşım sonralar dəfələrlə barışmaq istədi. Lakin artıq geri dönüş mümkün deyildi. Mən övladımı böyütdüm”. Bu sözləri Xalq artisti Gülyaz Məmmədova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib.
Gülyaz Məmmədova: "Keçmiş yoldaşım sonralar dəfələrlə barışmaq istədi" - VİDEO
“İkinci dəfə evlənmədim. Keçmiş qaynanam dünyasını dəyişməmişdən öncə gedib onu gördüm. O, məni bağrına basıb ağladı. Bundan bir müddət sonra isə o rəhmətə getdi”, - deyə Xalq artisti bildirib.