Fevralın 7-də keçirilən prezident seçkilərindən sonra hökumətin yeni tərkibi təsdiqlənsə də, kabinənin iki üzvü - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tutduqları postlarla vidalaşmalı oldular.
Hakimiyyət komandasındakı dəyişiklik bununla yekunlaşmayacaq. İqtidar təmsilçilərindən biri saytımıza bildiirb ki, yaxın vaxtlarda bir neçə icra başçısı da yola salınacaq.
Mənbə vəzifədən gedəcək icra başçılarının siyahısının hazır olduğunu bildirib. Qeyd edib ki, ilkin mərhələdə yaşı 70 və 70-dən yuxarı olan icra başçılarının vəzifədən azad edilməsi nəzərdə tutulur:
Məlumatlı şəxs yaxın bir ayda yola salınacaq icra başçılarının siyahısını saytımıza təqdim edib:
1. Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 1951-ci ildə anadan olub, 73 yaşı var.