Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır.
XİN: Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. 2020-ci ilin noyabr ayından indiyədək mina partlayışlarında 346 azərbaycanlı qurban olub", - paylaşımda deyilir.