Martın 3-ü Göygöldə ağır qəzada həyatını itirən 26 yaşlı sürücü vəzifəli şəxsin övladı imiş. "Qafqazinfo” xəbər verir ki, idarə etdiyi "BMW X5” markalı avtomobillə qəzaya düşən Cavid Mürsəlov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 12 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin rəisi Elşən Mürsəlovun oğludur.
Bildirilir ki, hadisə Cavid toydan çıxdıqdan sonra, gecə saat 1 radələrində baş verib. Yayılan görüntülərdən sonra onun avtomobili saatda 200 kilometr sürətlə idarə etməsi və hadisə vaxtı sərxoş olması iddia edilib.